Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşir-Verdiyeva:
-Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin nəslindəndir. O Aslan ağanın ailəsində – gözəl Şuşa şəhərində dünyaya göz açıb. Adını İsfəndiyar qoyublar. Uşaqlıqdan fitri istedada malik imiş. Musiqiyə, şeirə-qəzələ böyük marağı olub. Babam Aslan ağa evində tez-tez dövrünün tanınmış ustad sənətkarlarının, musiqiçilərinin, şairlərinin yaxından iştirak etdiyi musiqi gecələri keçirib. Eyni zamanda, tək Azərbaycanın yox, bütün Şərqin tanınmış ustad sənətkarlarının ifalarını dinləyib. Atam öz xatirələrində yazırdı ki, səsim o qədər güclü idi, evdə oxuyanda rəflərdəki qablar cingildəyirdi. Ona görə evdən qaçıb, dağ başına çıxıb oxuyurdum ki, məni heç kəs eşitməsin. Atam uşaq yaşlarından tarda gözəl ifa edirmiş. Elə əmim Allahyar Cavanşirov da tar çalmağı ondan öyrənmişdi. Atamın belə gözəl istedadını, muğama, musiqiyə olan marağını görəndən sonra babam Aslan ağa o dövrün ustad sənətkarı olan İslam Abdullayevə müraciət edir. Atam İslam Abdullayevin yanında muğamın sirlərini, xalq mahnılarını öyrəndikdən sonra musiqi məclislərinə onunla birgə gedərmiş. Və belə gecələrin birində tanınmış iranlı müğənni Əbülhəsən xan İqbalın ifasında “Kürdü Şahnaz” muğamına qulaq asdıqdan sonra İslam Abdullayev üzünü atama tutaraq “İsfəndiyar, bəlkə sən də oxuyasan” deyir. Atam deyir ifaya bir dəfə də qulaq asım, oxuyaram. Qulaq asır və sonra “Kürdü Şahnaz”ı elə gözəl ifa edir ki, məclisdəkilər heyran qalırlar. Həmin məclisdə atama “Xan Şuşinski” deyə xitab edirlər.
1 yorum:

Yorum Gönder